Tovuzda 16 yaşlı qız alkoqoldan zəhərləndi

Tovuzda 16 yaşlı qız alkoqoldan zəhərləndi

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

AzerTimes apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb. Faktla bağlı araşdırma aparılır.

Teqlər: