Tovuz döyüşləri işğal edilmiş Azərbaycanın ərazilərinin tam azad edilməsinin başlanğıcı idi – Amerikalı ekspert

Xəbər - Elçin Mehdiyev – Trend:

Tovuz döyüşləri zamanı müdafiə məqsədilə həyata keçirilən əks hücumlarda Azərbaycan Respublikasının hərbi strategiyası və milli müdafiə mövqeyi mükəmməl şəkildə nümayiş etdirildi. 12-16 iyul 2020-ci il tarixli Tovuz döyüşlərində Azərbaycan Silahlı Qüvvələri cəsarət, şücaət və yüksək hərbi bacarıq göstərdi. Tovuz döyüşləri işğal edilmiş Azərbaycanın ərazilərinin tam azad edilməsinin başlanğıcı idi.

Bunu AzerTimes-a amerikalı ekspert Piter Teys deyib.

P.Teys bildirib ki, bu əməliyyatlar zamanı dünya tarixində ilk dəfə olaraq yalnız 29 illik müstəqilliyi olan bir xalqın – Azərbaycan Respublikasının dünyanın ən güclü ordularından birini formalaşdırdığını, qurduğunu və yüksək səviyyədə hazırladığını gördük: “1991-ci ilin avqustunda müstəqilliyini elan edən və iyirmi doqquz il sonra erməni gücünün mifini dağıdan, İrəvanın “Böyük Ermənistan” proyeksiyasını məhv etməyi bacaran bir ölkə Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən siyasət, peşəkarlıq sayəsində əldə edilmiş böyük bir hərbi uğurdur.

Azərbaycanın şanlı Silahlı Qüvvələri tərəfindən Tovuzdakı bu təsirli hərbi qələbə otuz ildən çox faşist Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycanın suveren ərazilərinin tam azad edilməsinin başlanğıcı idi.

Tovuz döyüşləri zamanı Azərbaycan xalqının nəyə nail olduğuna və gələcəyə dair istəklərini gördük”.

Teqlər: