“ADY Express” ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb

Xəbər - Çingiz Səfərli – Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.

AzerTimes xəbər verir ki, bu dəfə şirkət “Holcim Azərbaycan” ASC-nin zavodunda istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verib.

Yüklər Qaradağ stansiyasında “ADY Express” MMC tərəfindən təqdim edilən yarımvaqonlara yüklənərək, Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilikdə 6-7 günə həyata keçirilir.

“ADY Express” bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay 4 belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, “ADY Express” hər ay “Holcim Azərbaycan” ASC-nin istehsal etdiyi 15 000 ton sementin Gürcüstana nəql edilməsini planlaşdırır.

Teqlər: