Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib

Torpaq çərşənbəsində, Novruzun ən əlamətdar günündə ağacəkmə
ənənəsini davam etdirdik, genişmiqyaslı ağacəkmə tədbirləri və ting
paylama aksiyaları ilə ilaxır çərşənbəni qeyd etdik.

Trend xəbər Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, ilaxır çərşənbə günü ağacəkmə tədbirləri Bakının
Xocasən qəsəbəsində, eyni zamanda, Zaqatala, Şəki, Ağstafa, Şirvan,
Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında
keçirildi və ümumilikdə 22 000 müxtəlif cinsli ağac əkilərək
yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi.

“Vətəndaşlarımızı da ağac əkməyə təşviq etmək məqsədilə bu gün
əhaliyə Nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli
ağac tingləri hədiyyə edildi”.

Teqlər: