Ombudsman qadının sığınacaqda qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb

Azyaşlı övladlarıilə birlikdə “Ümid Yeri” Uşaq Sığınacağına
yerləşdirilən qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı
kütləvi informasiya vasitələrində yayılan məlumat Ombudsman
tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat
verilib.

Ombudsman Aparatı tərəfindən “Ümid Yeri” Uşaq Sığınacağının
rəhbərliyi ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədəətraflı
məlumat alınıb, sığınacaqda saxlanılan şəxslərin hüquqlarının
müdafiəsi məsələləri müzakirə olunub.Eyni zamanda sığınacaqda
yaşayan üç azyaşlının vəziyyəti və psixoloji durumu, həmçininbaş
vermiş hadisənin sığınacağın digər sakinlərinə təsiri
öyrənilib.

Məsələnin obyektiv araşdırılması ilə əlaqədarOmbudsman Aparatı
tərəfindən Xəzər Rayon Prokurorluğuna müraciət edilib.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə
saxlanılacaq və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı
zəruritədbirlər görüləcəkdir.

Teqlər: