Tonoyan müharibə başlayanda türk ölkəsində olub

Tonoyan müharibə başlayanda türk ölkəsində olub

2020-ci ilin sentyabrın 25-də Rusiyaya hərbi təlimlərə göndərildim. Sentyabrın 25-dən 26-na keçən gecə silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədi ilə yenidən işgüzar səfər çərçivəsində AB və NATO üzvü olan ölkədə oldum. Ayın 26-da axşam, müharibə başlamazdan əvvəl mən təyyarədə idim, Qazaxıstana ezamiyyətimi davam etdirirdim. Oradan danışıqların iştirakçıları götürülməli və silah və hərbi texnikanın alınması ilə bağlı müzakirələr aparılmalı idi.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan parlamentin 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının iclasında deyib.

“Ayın 27-si səhər mənə məlumat verildi. Və bundan sonra Ermənistan Baş naziri ilə söhbətim oldu. Pandemiyanın pis vəziyyətini nəzərə alaraq Ermənistana qayıtmaq üçün iki-üç saat ərzində güclə təyyarə tapdıq. Qayıdışımda maneələr oldu, amma bu barədə qapalı iclasda danışacağam. Mən Gürcüstan vasitəsilə qayıtdım. Sentyabrın 28-də səhər saat 4-də mən artıq İrəvanda idim”, – Tonoyan bildirib.

Teqlər: