Ən güclü kimyəvi silahları da təsirsiz hala gətirə bilən xüsusi nano hissəciklər kəşf edilib
Moskva Dövlət Universitetinin professoru Aleksandr Kabanov ən güclü kimyəvi silahları təsirsiz hala gətirə bilən xüsusi nano hissəciklər kəşf etdiklərini açıqlayıb.
Elmi konfrans zamanı rusiyalı alimlərlə bir araya gələn Kabanov, jurnalistlərə olduqca vacib məlumatlar verib. Kimyəvi silahlar əleyhinə kəşf etdikləri nano hissəciklər barədə danışan A. Kabanov, dünyada yeni eranın başladığını söyləyib: “Həmkarlarımla uzun müddətdir üzərində işlədiyimiz və müsbət nəticə əldə etdiyimiz yeni kəşf barədə danışmaq istərdim. Zəhərin qarşısını alan maddəni, zülallar ilə polimerlər arasındakı elektrostatik sayəsində əldə etdik”.
“Bununla nano hissəciklər bədənin müəyyən hissələrinə göndərilərək istənilən zəhərli və kimyəvi maddələri yox edə bilir. Bu, olduqca sadə, ancaq dünya üçün böyük bir kəşfdir” — deyə Aleksandr Kabanov qeyd edib.