Bakı-Sumqayıt yolunda qəza

Bakı-Sumqayıt yolunda qəza

Bu gün (9 mart) səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzada üç tələbə dünyasını dəyişib.

50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.
“ZİL” markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı “ZİL”in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə hadisə yerində 3 nəfər dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir. Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

Bu il yol qəzalarında 700-ə yaxın insan həlak olub Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili: “Həlak olanlar SDU-nun tələbələridir: Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetinin, hələlik bildiyimiz qədər iki tələbəsi həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib”.

“Hal-hazırda SDU-nun rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya verəcəyik. Tələbələrimizin ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm. Allah rəhmət etsin!” — N. Cəlili bildirib. O bildirib ki, fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı və 1997-ci il təvəllüdlü Muradov Roza Eynulla qızı dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı ölən digər 3 nəfər isə 1996-cı il təvəllüdlü Nəsibov İbrahim Xəqani oğlu, 1996-cı ildə anadan olan Quliyev İbrahim Vüqar oğlu və 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğludur.