Tokioda qatarda bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində azı 15 nəfər yaralanıb.
Trend xəbər verir ki, hadisə Keio dəmir yolu şirkətinin xətlərindən birində baş verib. Hücum edən şəxs, həmçinin vaqona yanar maye töküb və onu yandırıb.
Hazırda o saxlanılıb və bu zaman polisə müqavimət göstərməyib. Hücumun səbəbləri hələlik açıqlanmır.