ABŞ-da American Airlines-ın 1,6 mindən çox reysi təxirə salınıb

ABŞ-ın American Airlines aviaşirkəti cümə günündən etibarən 1600-dən çox reysi təxirə salıb.

AzerTimes xəbər verir ki, problem əlverişsiz hava şəraiti və kadr çatışmazlığından yaranıb.

Təyyarələrin hərəkətini izləyən FlightAware portalının məlumatına görə, American Airlines-ın cümə günü 342, şənbə günü isə 543 reysi təxirə salınıb. Bazar günü vəziyyət yaxşılaşmayıb, 792 reys – bu günə planlaşdırılan uçuşların ümumi sayının təxminən 29%-i artıq təxirə salınıb.