Tokioda Paralimpiya oyunlarının açılış mərasimi keçirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiyanın paytaxtı Tokioda 2020 Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, Paralimpiya oyunları sentyabrın 5-dək davam edəcək.

Azərbaycanı bu yarışlarda 36 nəfər – 12 qadın, 24 kişi idmançı təmsil edəcək. Açılış mərasimində Azərbaycan bayrağını yüngül atlet Oloxan Musayev aparıb.


Qeyd edək ki, Yay Olimpiya və Paralimpiya oyunları ötən il keçirilməli olsa da koronavirus pandemiyası səbəbindən bu ilə keçirilib.

Teqlər: