Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları stadionlarda 5000 tamaşaçıya qədər iştirak limitini təyin etməyi planlaşdırır
AzerTimes-ın məlumatına görə, bu barədə Kyodo agentliyi rəsmi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Olimpiya Oyunlarının təşkilatçıları bu qərarı iyulun 8-də razılaşdırıla bilərlər.
Qeyd edək ki, Tokio Olimpiadası 23 iyul – 8 avqust 2021-ci il tarixlərində keçiriləcək. Xarici tamaşaçılar yarışmada iştirak etməyəcək.