Avro-2020: İtaliya millisi Avropa çempionatının ilk finalçısı oldu

İtaliya futbol komandası futbol üzrə Avropa Çempionatının yarımfinal matçında İspaniyanı millisini penaltilər seriyasında məğlub edib.

AzerTimes-ın məlumatına görə, görüş Londonun “Uembli” stadionunda keçirilib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. İtaliya yığmasının heyətində qolu Federiko Kyeza (60-cı dəqiqə) vurub. İspaniya komandasından qolu Alvaro Morato (90) vurub. Penaltilər seriyasında italyanlar daha dəqiq olublar – 4:2.

Final ouyunu iyulun 11-də Londonda keçiriləcək.

Teqlər: