Tokio-2020: Rəfael Ağayev ilk görüşdə qələbə qazandı

Xəbər - Orxan Nəbiyev – Trend:

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlar start götürüb.

AzerTimes-ın məlumatına görə, 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ilk görüşdə almaniyalı rəqibi Nikolas Bitçlə qarşılaşıb.

O, rəqibini 2-1 hesabı ilə üstələyib.


Növbəti görüşlərdə karateçimiz Avstraliya idmançısı Tsuneari Yahiro, Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.

Teqlər: