“Tokio-2020”: Niderland komandası yeni dünya rekordu ilə akademik avarçəkmədə qızıl medal qazanıb

“Tokio-2020” Yay Olimpiya Oyunları çərçivəsində akademik avarçəkmə üzrə cüt dördlükdə Niderland komandası yeni dünya rekorduna imza atıb.

AzerTimes-ın məlumatına görə, Niderland komandası 2 kilometrlik məsafəni rekord vaxta – 5 dəqiqə 32,03 saniyəyə qət edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb.


Yarışı ikinci yerdə Böyük Britaniya komandası (+1,72), üçüncü yerdə isə Avstraliya komandası (+1,94) başa vurub.

Teqlər: