Xəbər - Orxan Nəbiyev – Trend:
Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışların qrup hərəkətlərdə proqramı başlayıb.
AzerTimes-ın məlumatına görə, bu gün komandalar təsnifat mərhələsində iştirak edir.
Azərbaycanı qrup hərəkətlərdə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokina təmsil edir.
Onlar əvvəlcə 5 topla hərəkətlərdə, daha sonra 3 halqa və iki cüt gürzlə hərəkətlərdə çıxış edəcək.
Təsnifat mərhələsində ilk 8 yeri tutan komnandalar final mərhələsinə yüksələcək.
Qeyd edək ki, Azərbaycanı fərdi proqramda təmsil edən Zöhrə Ağamirova ötən gün 87.800 xalla 18-ci yeri tutub.