Tokio-2020: Azərbaycan boksçusuna medal təqdim olunub

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişi boksçular arasında 81 kiloqram çəki dərəcəsində fərqlənən idmançılara avqustun 4-də medallar təqdim olunub.

Trend xəbər verir ki, mərasimdə Azərbaycan boksçusu Alfonso Domingesə bürünc medal təqdim olunub. Digər bürünc medalı isə rusiyalı İmam Xatayev boynundan asıb.

Kubalı Arlen Lopez qızıl, Böyük Britaniya təmsilçisi Benjamin Uittaker isə gümüş medala sahib olublar. A.Lopez ardıcıl ikinci dəfə Olimpiya çempionu olub.


Xatırladaq ki, ölkəmizin aktivinə digər iki bürünc medalı qadın cüdoçu İrina Kindzerska və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

Teqlər: