Tokayevin rəsmi qarşılanma mərasimi başladı

Tokayevin rəsmi qarşılanma mərasimi başladı

Azərbaycana dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi başlayıb.

AzerTimes xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Qasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident Qasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Teqlər: