Tokayevin Putinin üzünə dediyi möhtəşəm sözlər…

Tokayevin Putinin üzünə dediyi möhtəşəm sözlər…

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda – Rusiya Prezidenti Vladimir Putinin yanında “dxr” və “lxr”i “kvazidövlət”lər adlandırdı. Və bunu BMT Nizamnaməsi ilə izah etdi.

“BMT Nizamnaməsindəki iki əsas prinsip – ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ indi bir-biri ilə ziddiyyət təşkil edir. Lakin bütün dünyada millətlərin öz müqəddəratını təyin etmə hüququ reallaşarsa, indi BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600 dövlət yaranacaq ki, bu da xaosa səbəb olacaq. Buna görə biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Bu prinsip Luqansk və Donetskdə olan kvazidövlət ərazilərinə də şamil olunacaq”, – Tokeyev deyib.

Putinin yanında dediyi bu sözləri bir qədər yumşaltmaq üçün “bu, səmimi suala səmimi cavabdır” deyə əlavə də edib.

Yanvar hadisələri fonunda Qazaxıstan Prezidentinin bu çıxışı cəsarətlidir, xüsusilə Putinin yanında. Amma Tokayevin bu məsələdə kiçik tərəddüdü belə öz əleyhinə olardı, təkcə ona görə yox ki, BMT Nizamnaməsi bunu tələb edir, burada söhbət Qazaxıstanın ərazi bütövlüyündən gedir. Tokayev də bilir ki, Ukrayna ərazisini “rusların və rusdilli əhalinin müdafiəsi” iddiası ilə işğal edən Rusiyada Qazaxıstanın şimal bölgəsinin eyni iddia ilə “ilhaqı” planı həmişə mövcud olub.

Tokayev əslində Putinə “Qazaxıstanda eyni ssenariyə imkan vermərik” deyir.

Teqlər: