Bakıda avtomobil təmiri sexində yanğın

Bakıda avtomobil təmiri sexində yanğın

Bakının Nəsimi rayonunda avtomobil təmiri sexində yanğın olub.

AzerTimes Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb

Teqlər: