Tokayev seçkini niyə iki il əvvələ çəkdi?

Tokayev seçkini niyə iki il əvvələ çəkdi?

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin parlamentin aşağı palatasını buraxmasının arxasındakı səbəblər keçmiş prezident Nursultan Nazarbayev irsindən qurtulmaqla əlaqəlidir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq vurğulayıb ki, Tokayev parlamentin aşağı palatasıyla yanaşı hakimiyyətin regional strukturlarını da buraxıb:

“Parlamentə seçkilər bu ilin martın 19-na təyin olunub. Qazaxıstanda Kontitusiya islahatları nəticəsində yeni seçkilərdə deputatların 70 faizi proporsional əsasda seçiləcək. Bununla da Tokayev ölkəsində partiya quruculuğuna və siyasi mübarizəyə şərait yaratmaq istəyir. Məsələn, istənilən partiyanın qeydiyyata alınması üçün əvvəlki kimi 20 min nəfərin deyil, 5 min nəfərin olması kifayətdir. Bunun əsasında Qazaxıstanda qeydiyyatdan keçən partiyaların sayı artıb.

Əslində Qazaxıstanda parlament seçkiləri 2025-ci ildə keçirilməli idi. Ancaq Tokayev ötən ilin sentyabrında açıqlama verərək Konstitusiya dəyişikliklərindən sonra növbədənkənar parlament seçkilərinə ehtiyac olacağını bildirdi. Tokayevin özü ötən ilin noyabrın 20-də növbədənkənar prezident seçkisində 81 faiz səslə qələbə qazanaraq mövqeyini möhkəmlətdi. Yeni Konstitusiyaya görə, Qazaxıstan prezidenti iki dəfədən çox dövlət başçısı seçilə bilməz. Bundan əlavə, prezidentin yaxınlarına dövlət məmuru vəzifəsi tutmaq da qadağan edilib və yeni Konstitusiyada birinci prezident Nursultan Nazarbayevin ismini xatırlayan bəndlər çıxarılıb”.

Teqlər: