Tokayev sabah Özbəkistana səfər edəcək

Tokayev sabah Özbəkistana səfər edəcək

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sabah Özbəkistana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər Özbəkistan lideri Şövkət Mirziyayevin dəvəti əsasında baş tutacaq.

Xivə şəhərində keçiriləcək danışıqlarda tərəfdaşlıq və müttəfiqlik münasibətləri ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Teqlər: