Tokayev Qətərə səfər etdi

Tokayev Qətərə səfər etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qətərə səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan liderini Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani qarşılayıb. Həməd Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.

Fevralın 14-də Tokayev Baş nazir Şeyx Məhəmməd bin Əbdülrəhman əs-Sani ilə danışıqlar aparacaq.

İki ölkə arasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Teqlər: