Tokayev Makronu Qazaxıstana dəvət etdi

Tokayev Makronu Qazaxıstana dəvət etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fransalı həmkarı Emmanuel Makronu respublikaya rəsmi səfərə dəvət edib.

AzerTimes xəbər verir ki, bu barədə Tokayev Qazaxıstan-Fransa hökumətlərarası komissiyasının həmsədri Olivye Bextlə görüşü zamanı deyib.

“Xahiş edirəm Emmanuel Makrona ən xoş arzularımı çatdırasınız. Biz onu əlverişli vaxtda burada görməyə şad olarıq. İnanıram ki, bu səfər bir çox sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığımızın inkişafına ciddi təkan verəcək”, – Tokayev bildirib.

Teqlər: