Tokayev Lukaşenko ilə bu cür zarafat etdi

Tokayev Lukaşenko ilə bu cür zarafat etdi

Belarus Prezidenti Aleksandr Lukaşenkonun iclasın sonunda Qasım Jomart Tokayevə sualı gündəmə çevrilib.

AzerTimes xəbər verir ki, buna səbəb Tokayevin MDB icraçı katibi vəzifəsinin Birliyin Baş katibi vəzifəsinə dəyişdirilməsi və icraçı katibin (Sergey Lebedev) baş katib olması barədə açıqlamanı unutması olub.

“Qasım Jomart Kemeleviç, niyə elan etmədiniz. Baş katibi seçdik, amma siz elan etmədiniz”, – Lukaşenko söyləyib.

“Aleksandr Qriqoryeviç, indi də sədri tənqid etmək sevimli məşğuliyyətiniz olub? Ümumiyyətlə, Sergey Nikolayeviç bizdə ömürlükdür. Bunu deməyimi istəyirdiniz, elə deyilmi?” – Qazaxıstan Prezidenti cavab verib.

Qeyd edək ki, söhbət Müstəqil Dövlətlər Birliyinin (MDB) icraçı katibi vəzifəsinin Birliyin Baş katibi vəzifəsinə dəyişdirilməsindən gedir. Müvafiq qərarı MDB dövlət başçıları sammitə sədrlik edən Tokayevin açıqlamağı unutduğu dar tərkibdə keçirilən görüş zamanı qəbul ediblər. 2007-ci ildən məsul katib vəzifəsini Sergey Lebedev tutub.

Teqlər: