Tokayev Əliyevi səfərə dəvət etdi

Tokayev Əliyevi səfərə dəvət etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

AzerTimes xəbər verir ki, Qazaxıstanın dövlət başçısı bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 21-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə zəng edib, onu prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib.

Teqlər: