Tokayev Almatıya gedib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərinə səfər edib.

Trend-in məlumatına görə, bunu prezidentin mətbuat katibi Berik Uali bildirib.

Onun sözlərinə görə, K.Tokayev Almatıda operativ qərargahın iclasını keçirib.

Qazaxıstan prezidenti, həmçinin iğtişaşlar zamanı həlak olmuş polis və hərbçilərin yaxınları ilə görüşüb və mükafatlar təqdim edib.