“Tofiq Bəhramov” Avropada 5-ci oldu

“Tofiq Bəhramov” Avropada 5-ci oldu

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

AzerTimes xəbər verir ki, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

İlk 5-likdə Bakıda “Qarabağ” və Yunanıstanın “Olimpiakos” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. 31 200 tərəfdarın görüşü izlədiyi Tofiq Bəhramov adına Respublika stadionu siyahıda beşinci olub.

Ən çox fanat isə “Mançester Yunayted” (İngiltərə) – “Omoniya” (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” qarşılaşmasında qalib müəyyənləşməyib – 0:0.

Teqlər: