Tixanovskaya Ukraynada döyüşən belarusların sayını açıqladı

Tixanovskaya Ukraynada döyüşən belarusların sayını açıqladı

Ukrayna Silahlı Qüvvələrinin tərkibində Belarus vətəndaşları da döyüşür.

AzerTimes xəbər verir ki, bu sözləri Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.

“Münaqişə başlayanda Belarusda bir çoxları ukraynalılara kömək etmək üçün batalyon təşkil etdilər. Hazırda həmin batalyonda 1500 nəfər var. Bu batalyon yeganə deyil. Müxtəlif şəhərlərdə və Ukrayna ordusunun tərkibində də belaruslar döyüşürlər”, – Tixanovskaya bildirib.

Tixanovskayanın sözlərinə görə, belaruslar müxtəlif ölkələrdə təlimlər keçirlər.

Teqlər: