Xəbər - Samir Əli – Trend:
Bu gün səhər saatlarında yük avtomobillləri sürücüləri
tərəfindən etiraz məqsədilə Heydər Əliyev Prospektinin bağlanması
faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol
Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli
bildirib.
Qurum rəsmisi bildirib ki, faktla bağlı Nərimanov Rayon İstintaq
Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına
səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal
iştirak etmə ) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq
tərəfindən məsələdə əli olanların dairəsinin müəyyənləşdirilir.