MDU-da yeni akkreditasiya qaydaları ilə bağlı seminar keçirilib

2022-ci ilin 16 fevral tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) yeni akkreditasiya qaydaları ilə bağlı
məlumatlandırıcı seminar keçirilib.

MDU-nun inzibati heyət üzvləri üçün təşkil edilən seminarda
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və
metodologiya şöbəsinin müdiri Asiman İlyasov təqdimatla çıxış
edib.

Akkreditasiya qaydalarına edilmiş dəyişikliklərin mahiyyətindən,
hazırda tətbiq olunan yeni qaydaların və meyarların məzmunu və
üstünlüklərindən bəhs edən A.İlyasov əsas məqsədin təhsil
müəssisələrində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi
olduğunu qeyd edib.

Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları
cavablandırılıb və müzakirələr aparılıb.

Qeyd edək ki, təhsildə keyfiyyət təminatı məsələlərini diqqət
mərkəzində saxlayan MDU-da ali təhsil sistemində bu istiqamətdə baş
verən yeniliklər və dəyişikliklər barədə müvafiq məlumatlandırma və
maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi önəm
verilir.

Teqlər: