Tinadan yeni qalmaqal: daha bir türk ölkəsinə qarşı…

Tinadan yeni qalmaqal: daha bir türk ölkəsinə qarşı…

Rusiyalı jurnalist və prodüser Tina Kandelaki diqqətini Qazaxıstanda rus dilinin “əzilməsindən” Qırğızıstandakı “vəziyyətə” çevirib. O, Bişkek rayonlarının adlarının dəyişdirilməsini Ukraynadakı dekommunizasiya ilə müqayisə edib.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı yazır.

Kandelaki Qırğızıstan deputatlarının paytaxtın Pervomayski, Oktyabrski, Leninski və Sverdlovski rayonlarının adlarının dəyişdirilməsi ilə bağlı qərarından narazılığını bildirib. O qeyd edib ki, bu yolla Qırğızıstan vətəndaşları “tarixdən məhrum edilirlər”.

“Qırğızıstan deputatları “milli ideologiyanı gücləndirmək, habelə tarixi ənənələrə və dəyərlərə əsaslanan vətəndaşların mənəvi-əxlaqi tərbiyəsini yaxşılaşdırmaq” bəhanəsi ilə rayonların adlarının dəyişdirilməsini təbliğ edirlər. Əgər Qırğızıstanda əhalinin əksəriyyəti qırğız dilində yox, rus dilində danışırsa, hansı ideologiya ola bilər? Niyə hər şey çətinləşdirilir?” – Kandelaki Teleqram kanalında qeyd edib.

Bu cür təxribat xarakterli paylaşım Qırğızıstan ictimaiyyətinin narazılığına səbəb olub. Buna görə də status jurnalistin Teleqram kanalından silinib, lakin istifadəçilər bəyanatın skrin-şotlarını saxlaya biliblər.

Qeyd edək ki, Kandelaki bundan öncə qazaxları aşağıladığı üçün onun Qazaxıstana girişi qadağan edilib.

Teqlər: