Tiktok ABŞ-da qadağan oluna bilər

Tiktok ABŞ-da qadağan oluna bilər

Amerikalı qanunvericilər Konqresin hər iki palatasına ölkədə Tiktok sosial şəbəkəsindən istifadəni qadağan edən qanun layihəsini təqdim ediblər.

AzerTimes xəbər verir ki, qanun layihəsi ABŞ senatoru Marko Rubionun saytında yayılıb.

Bildirilib ki, digər ölkələr sosial media vasitəsilə amerikalıları nəzarətdə saxlamaq və ya izləmək, onlar haqqında həssas məlumat toplamaq, təsir kampaniyaları aparmaq, təbliğat yaymaq, senzura tətbiq etmək üçün istifadə edə bilərlər.

Qanunvericilər qeyd ediblər ki, Çin Kommunist Partiyası Tiktokdan öz maraqları üçün istifadə edə bilər.

Teqlər: