Tiflisdən Krım körpüsündəki partlayışla bağlı iddialara cavab

Tiflisdən Krım körpüsündəki partlayışla bağlı iddialara cavab

Gürcüstanın Krım körpüsünün partladılması ilə heç bir əlaqəsi yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze Krım körpüsünün partladılmasında istifadə edilən yük maşınının Gürcüstan ərazisindən keçməsi ilə bağlı Rusiya mediasında yayılan iddialara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Gürcüstanda tranzit və qeyri-tranzit yüklər gömrük nəzarətinə tabedir:

“Gürcüstanın qeyd edilən halla heç bir əlaqəsi yoxdur. Həm tranzit, həm də qeyri-tranzit yüklər Gürcüstanda gömrük nəzarətindən keçir və heç bir bənzər şübhəli hal müşahidə edilməyib”.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirib ki, Gürcüstan qeydiyyatında olan DAF markalı avtomobildə yük oktyabrın 4-də yük Yuxarı Lars vasitəsilə Rusiya-Gürcüstan sərhədindən keçib və oktyabrın 6-da Krasnodar diyarındakı Armavir topdansatış bazasına çatdırılıb və boşaldılıb.

Teqlər: