Tiflisdən Blinkenə şok məktub: Sizin hücumlarınız…

Tiflisdən Blinkenə şok məktub: Sizin hücumlarınız…

Bu qanun (“Xarici agentlər haqqında qanun”) Gürcüstan hakimiyyətini administrasiyanızın düşünülməmiş hücumlarından qorumaqdan başqa bir şey deyil.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan parlamentinin “Xalqın Gücü” fraksiyasından olan deputatı Sozar Subari ABŞ Dövlət katibi Entoni Blinkenə məktubunda deyib.

“Unutmayın ki, səngərdə möhkəm oturan doğru insanı bir çox şeylər, ilk növbədə, onu haqsız yerə incitməyə çalışdıqlarının fərqində olması gücləndirir. Ona görə də sizin təhdidləriniz xalqın dəstəyi olmadan inqilab cəhdləri qədər boş və dəyərsizdir. ABŞ xalqın dəstəyini qazanmayan QHT və siyasi partiyaların köməyi ilə ölkəni itaətkar idarəçiliyə qaytarmağa çalışır, ona görə də bu ideya məhvə məhkumdur. ABŞ-ın hazırkı administrasiyası “dostluq və strateji tərəfdaşlıq” sözlərinin mənfi məna kəsb etməsi üçün hər şeyi edib. ABŞ gürcü xalqının iradəsinə zidd hərəkət edir və aqressiv azlığı əksəriyyətə qarşı zorakılıq etməyə sövq edir”, – məktubda qeyd olunub.

Teqlər: