Tiflisdə yeni hava limanı inşa ediləcək

Tiflisdə yeni hava limanı inşa ediləcək

Gürcüstanın paytaxtı Tiflis şəhərində yeni beynəlxalq hava limanı inşa ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Mövcud hava limanının genişləndirilməsi 900 milyon dollara, yenisinin tikintisi isə 1,2 milyard dollara başa gələcək. Genişləndirmə gələcək inkişaf perspektivləri olmadan tutumunu maksimum 15 milyon sərnişinə, yeni hava limanı isə 19 milyon sərnişinə çatdıracaq”, – baş nazir qeyd edib.

Teqlər: