Tiflisdə yaşayış binası uçdu

Tiflisdə yaşayış binası uçdu

Noyabrın 4-də Tiflisin tarixi hissəsində, “Kükürdlü hamamlar” kompleksinin yaxınlığındakı ikimərtəbəli yaşayış binası uçub.

AzerTimes xəbər verir ki, Tsurtaveli küçəsində yerləşən həmin binada qeydiyyatda olan 5 ailədən heç kim xəsarət almayıb.

Qəzalı vəziyyətdə olan yaşayış binasının uçmasının dəqiq səbəbi hələlik məlum deyil.

Rayon rəhbərliyi ailələrə müvəqqəti olaraq hotellərdə yaşamağı təklif edib.

Teqlər: