Tiflisdə müəmma: Məxfi sənədlər küçədə tapıldı

Tiflisdə müəmma: Məxfi sənədlər küçədə tapıldı

Gürcüstanın paytaxtı Tiflisin Mickeviçi küçəsində ölkədə fəaliyyət göstərən bir sıra diplomatik missiya nümayəndəliklərinin, müşahidəçi missiya üzvlərinin və onların ailələrinin şəxsi məlumatlarını əks etdirən məlumatlar tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Məlumata görə, BMT və Avropa İttifaqının müşahidəçi missiyalarında fəaliyyət göstərən şəxslərin, bir sıra Avropa və Asiya ölkələrinin səfirlik əməkdaşlarının, onların ailə üzvlərinin bank hesabları və digər şəxsi bilgiləri əksini tapıb.

Hadisə yerinə polis çağırılır, araşdırma aparılır.

Teqlər: