Tiflisdə hakimiyyətə bir saat vaxt verildi, əks halda…

Tiflisdə hakimiyyətə bir saat vaxt verildi, əks halda…

Tiflisdə etirazçılar gərginliyin artmasının qarşısını almaq üçün Gürcüstan hakimiyyətinə iki tələb irəli sürüblər.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Gürcü Arzusu Rusiya qanunlarını dərhal parlamentdən geri götürməli və dünən qanunsuz həbs edilənlərin hamısını azad etməlidir”, – deyə müxalifət lideri Georgi Vaşadze tələbləri səsləndirib.

O, bunun üçün ölkə rəhbərliyinə bir saat vaxt verildiyini, əks halda aksiyaçıların başqa addımlar atacağını vurğulayıb.

Qeyd edək ki, Tiflisdə ölkə parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra etiraz aksiyaları keçirilir.

Teqlər: