Tiflisdə güclü yanğın baş verdi

Tiflisdə güclü yanğın baş verdi

Tiflisdə, “Afrika” adlanan ərazidə plastik məmulatlar istehsal edilən zavodun anbarında güclü yanğın baş verib.

AzerTimes Gürcüstan mediasına istinadən xəbər verir ki, yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.

Bildirilib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmağı bacarıb, qonşu binalara, digər müəssisələrə keçməsinin qarşısını alıb.

Yanğının səbəbləri araşdırılır.

Teqlər: