Tiflisdə etiraz: Prezident və baş nazirdən ittihamlar…

Tiflisdə etiraz: Prezident və baş nazirdən ittihamlar…

Tiflisdə 26 may – Gürcüstanın Müstəqillik Günündə minlərlə vətəndaş “xarici agentlər” haqqında qanuna qarşı etiraz aksiyasına çıxıblar.

AzerTimes xəbər verir ki, minlərlə insan Tiflisin mərkəzində Melikişvili prospekti ilə yürüş etmək üçün toplaşıb.

Mayın 26-da qeyd olunan Müstəqillik Günü münasibətilə keçirilən mitinqdə prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze “xarici agentlər” haqqında qanunla bağlı mübahisələr fonunda bir-birlərini milli maraqlara xəyanətdə ittiham ediblər.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu qəbul edib. Prezident Salome Zurabişvili buna veto qoyub, lakin parlamentin bunu ləğv etmək imkanı var.

Teqlər: