Tiflisdə Cümə məscidində yanğın

Tiflisdə Cümə məscidində yanğın

Martın 25-də axşam saatlarında Tiflisin mərkəzindəki Cümə məscidində yanğın baş verib.

AzerTimes xəbər verir ki, yanğın məscidin dəstəmaz alınan otağında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Lakin yanğının elektrik xətlərində yaranan qısa qapanmadan baş verdiyi ehtimal olunur.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası alovun məscidin digər otaqlarına və ətraf binalara keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: