Tiflis rus neftinin Gürcüstana daxil olması üçün hər şey edir

Tiflis rus neftinin Gürcüstana daxil olması üçün hər şey edir

Hökumət və Bidzina İvanişvili sanksiyalardan yan keçmək və Rusiyanın sanksiya tətbiq etdiyi neftin Gürcüstana daxil olması üçün hər şeyi edir.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Levan Xabeişvili deyib.

Onun sözlərinə görə, bunu “Gulf” şirkəti təsdiq edib:

“Gürcüstanda yanacağın qiymətinin hədsiz artdığı vaxtda həddindən artıq yoxsulluq içində olan Gürcüstan vətəndaşları yanacağa, yəni benzinə, dizelə tarixin ən yüksək qiymətlər ödəməli olanda dünən biz başqa bir faktın şahidi olduq. Gürcüstan hökuməti və Bidzina İvanişvili sanksiyaları dayandırmaq üçün əlindən gələni edir. Dünən “Gulf” faktiki olaraq bunu təsdiqlədi və dedi ki, bəli, “Rosneft”in sanksiya nefti Gürcüstana gətirilir və bu, Rusiya iqtisadiyyatına axıdılan pullar deməkdir. Yaxın gələcəkdə bizim bu mövzularla bağlı konkret araşdırmalarımız və sübutlarımız olacaq ki, bu da əlavə olaraq ABŞ daxil olmaqla tərəfdaşlarımızın həm konkret şirkətlərə, həm də konkret şəxslərə sanksiya tətbiq etmək üçün konkret qərarlar qəbul etmələrini təmin edəcək”.

Teqlər: