Tiflis Qərbdən bezdi, geri qayıdır – Lukaşenko

Tiflis Qərbdən bezdi, geri qayıdır – Lukaşenko

Gürcüstan Qərbin vədlərindən bezib və postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrinin XİN başçıları ilə görüşündə deyib.

“Siz onların siyasətində müəyyən dəyişiklik görürsünüz, çünki heç kim sizi süd, ət və ya şərabla öz bazarlarına buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üzərində sərt mübarizə gedir”, – o bildirib.

O qeyd edib ki, Qərbdə nəsə təklif olunarsa, bu, yalnız resurs müqabilində və ya onlar üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq:

“Tələsməyə, bir-birimiz üçün vəziyyəti daha da pisləşdirməyə və uzaqlaşmağa çalışmaq lazım deyil. Xüsusilə də bu çətin zamanda bir yerdə olmalıyıq”.

Teqlər: