Gürcüstan Qazaxıstanın “Aktobe” klubunun futbolçularının uçduğu çarter təyyarəsinin enməsinə icazə verməyib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, futbolçuları daşıyan təyyarə AB sanksiyası altında olan Rusiyanın “UVT AERO” şirkətinə məxsus olduğu üçün Gürcüstan bu addımı atıb.
Reysi agentlikdən icazə almış Qazaxıstan “SCAT Airlines” aviaşirkəti həyata keçirəcək.