Tiflis məbədində Stalinin ikonası peyda oldu – Video

Tiflis məbədində Stalinin ikonası peyda oldu – Video

Tiflisdəki Tsminda Sameba kilsəsində (Müqəddəs Üçlük Katedralı) İosif Stalinin təsviri olan ikona peyda olub.

AzerTimes xəbər verir ki, bu barədə gürcü tarixçisi və siyasətçisi Georgi Kandelaki öz Feysbuk səhifəsində məlumat yayıb.

Tarixçi bununla bağlı görüntülər də paylaşıb. Həmin kadrlarda Stalinin də şəkli olan ikona görünür.

Kandelaki Stalini Gürcüstanın müstəqilliyinin məhv edilməsinin təşəbbüskarı adlandırıb və onu ruhaniləri təqib etməkdə ittiham edib. O, ikonanın meydana çıxmasını “Rusiya informasiya müharibəsi maşınının uğuru” kimi izah edib.

Teqlər: