Tiflis bu qanunu ABŞ-dan “köçürüb”? – Millerin cavabı

Tiflis bu qanunu ABŞ-dan “köçürüb”? – Millerin cavabı

ABŞ-da xarici agentlərlə bağlı qanun Gürcüstanda nəzərdən keçirilən qaydadan çox fərqlidir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Fərq bu qanunların mahiyyətindədir. Əgər ABŞ-ın xarici agentlərin qeydiyyatı qanununa baxsanız, görərsiniz ki, o, xarici hökumətin maraqlarına xidmət edən insanlar haqqındadır, qanuni şəkildə qeyri-hökumət fəaliyyəti göstərən, humanitar və vətəndaş cəmiyyəti maraqları üçün çalışanlara aid deyil. Bunlar tamamilə fərqli şeylərdir”, – Miller vurğulayıb.

Qeyd edək ki, Gürcüstan hökuməti “Xarici agentlər haqqında” qanun layihəsinin ABŞ-da mövcud qanundan istifadə edilərək hazırlandığını bildirib.

Teqlər: