Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanla Ukrayna arasındakı ticari-iqtisadi əlaqələr ikitərəfli münasibətlərin inkişafının hərəkətverici qüvvəsidir.
AzerTimes-ın məlumatına görə, bu barədə Ukraynanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan Ukrayna-Azərbaycan İşgüzar Şurasının birgə iclasında deyib.
Onun sözlərinə görə, işgüzar şuranın yaradılması və ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi biznesin inkişafına kömək edəcəkdir.
“Bu münasibətlərin inkişafı tərəfdaşlıq, dövlətlərarası əlaqələr və biznes-assosiasiyalar vasitəsi ilə baş verir. Bundan əlavə, strateji tərəfdaşlıq sürətlənir və bugünkü görüş Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı hökumətlərimizin qoyduğu təməlli əsasların davamıdır”, – səfir deyib.
Diplomat eyni zamanda bu şuranın yaradılmasının iki ölkənin ticarət fəaliyyətinə əminlik verəcəyinə inanır.
“Dövlətlərimizin bütün müstəqillik tarixində, Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı ən böyük forum – Azərbaycan-Ukrayna işgüzar forumu keçirildi. Bu hadisə giriş xarakteri daşıyırdı və bugünkü konfransı fərdi sənayelərdə , sektoral adlandırmaq olar”, – deyə V.Kanevski əlavə edib.