Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Rusiyada Federal Milli Qvardiya Qoşunlarına məxsus “Mi-8” helikopteri qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

Bildirilir ki, hadisə helikopterin Leninqrad vilayətinin Qatçinsk rayonunda təlim uçuşları keçirərkən baş verib. Həlak olanların hər üçü heyət üzvüdür.