Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi – RƏSMİ

Xəbər - Samir Əli – Trend:

Ölkədə geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verilib.

Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.


Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək.

Teqlər: